Mask Sorosu məhkəməyə verir - ŞOK İDDİA
    • 24-08-2023, 14:41
    • 214

Mask Sorosu məhkəməyə verir - ŞOK İDDİA

Amerikalı milyarder və sahibkar İlon Mask bəyan edib ki, X (keçmiş Twitter sosial şəbəkəsi) söz azadlığının məhdudlaşdırılmasını dayandırmaq üçün məşhur milyarder Corc Sorosu və onun Açıq Cəmiyyət Fondunu məhkəməyə verəcək.

News24.az xəbər verir ki, bu barədə o, X hesabında yazıb.

İş adamı jurnalist Ben Skallanın Soros Fondu tərəfindən maliyyələşdirilən təşkilatların İrlandiya və Şotlandiyada senzuranı təbliğ etdiyi deyilən məqaləsinə cavab olaraq müvafiq açıqlama verib. Məqalədə deyilir ki, bura polisin evlərdə axtarışları, vətəndaşların şəxsi telefonlarının və kompüterlərinin yoxlanılması daxildir.

Qeyd olunur ki, bu cür tədbirlərin arxasında Sorosun təşkilatları "azad sözü məhdudlaşdırmaq üçün sərt tədbirlərə haqq qazandırmaq" üçün "nifrət dolu dezinformasiya" yayırlar.

Akqabay