-
- 24-08-2023, 15:53
- 206
Avropa İttifaqının bu qərarı sabah qüvvəyə minir
Avropa Birliyinin Facebook, Google, Instagram və TikTok da daxil olmaqla ümumilikdə 19 sosial media və texnologiya şirkətinə ciddi nəzarəti ehtiva edən "Rəqəmsal Xidmətlər Qanunu" sabah qüvvəyə minəcək.
News24.az xəbər verir ki, onlayn alış-veriş nəhənglərini də əhatə edən Rəqəmsal Xidmətlər Aktı yeni istehlakçıların qorunması və müəllif hüquqlarına nəzarət öhdəliklərini də əhatə edir.
Müvafiq olaraq, "Amazon" və "Zalando" kimi alış-veriş platformaları Aİ vətəndaşlarının daha çox müdafiəsini təmin etmək üçün nəzarət tələb edəcək. Qanunsuz və kopyalanan məhsullardan şikayət etmək və onları tez bir zamanda platformalardan çıxarmaq yeni qanunun gətirdiyi şərtlərdəndir.
Virtual Xidmətlər Qanunu həmçinin yetkinlik yaşına çatmayanların və gənclərin müdafiəsi ilə bağlı ciddi məzmun nəzarətini ehtiva edir. Buna əsasən, başda TikTok olmaqla nəhəng platformalarda yayımlanan zərərli məzmunlarla bağlı sürətli xəbərdarlıq , daha sonra ekspert komitəsi tərəfindən araşdırılaraq istifadəçiləri qorumaq üçün lazım gələrsə dərhal silinməsi hədəflənir.
Aydan