-
- 21-07-2022, 00:10
- 454
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları sabah qüvvəyə minəcək
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları iyulun 21-dən qüvvəyə minəcək.
Bu barədə Avropa İttifaqına sədrlik edən Çexiya nümayəndə heyəti tviter hesabında bildirib.
Bu paket iyulun 21-də başa çatacaq yazılı prosedurla Aİ Şurası tərəfindən təsdiqlənəcək.
Yeddinci sanksiyalar paketi iyulun 18-də Aİ ölkələrinin xarici işlər nazirləri tərəfindən razılaşdırılıb. İki gün sonra Aİ ölkələrinin daimi nümayəndələri tərəfindən təsdiqlənib. Litvanın daimi nümayəndəsinin sözlərinə görə, yeni sanksiyalar Rusiyadan qızıla qoyulan qadağaya təsir edəcək.
Siyahıya, həmçinin Rusiyanın 48 vətəndaşı, o cümlədən baş nazirin müavini və bir neçə vilayət rəhbəri daxil edilib./Report/