Şahzadə instaqram səhifəsini SİLDİ
    • 24-08-2023, 16:30
    • 173

Şahzadə instaqram səhifəsini SİLDİ

Monako şahzadəsi Şarlin instaqram səhifəsini silib.

News24.az xəbər verir ki, bu barədə Daily Mail yazır .

65 yaşlı Monako şahzadəsi Albertlə evli olan 45 yaşlı şahzadə Şarlinin artıq instaqram hesabı yoxdur. Onun köhnə @hshprincesscharlene hesabında axtarış heç bir nəticə vermir.

“The Sun” qəzetinin yazdığına görə, Monako şahzadəsi Şarlin hazırda İsveçrədə yaşayır. 45 yaşlı şahzadə kral Albertlə yalnız mərasim və tədbirlərdə görüşür.

Bununla belə, şahzadə Şarlin yayın bir hissəsini 65 yaşlı əri və onların səkkiz yaşlı əkizləri Jak və Qabriella ilə birlikdə yaxtada keçirib. 

Aynurə