Qurbanov Şahruddini ehtiyat heyətə GÖNDƏRDİ
    • 24-08-2023, 21:31
    • 223

Qurbanov Şahruddini ehtiyat heyətə GÖNDƏRDİ

Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) matçının heyəti açıqlanıb.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, son bəzi matçlarda ciddi səhvlərə yol verən qapıçı Şahruddin Məhəmmədəliyev bu görüşdə start heyətdə yer almayıb. Q.Qurbanov gürcüstanlı qapıçı Luka Quqeşaşvilini start 11-liyə daxil edib. Şahruddin və yeni qapıçı Andrey Lunyev ehtiyatda yer alıblar.

Xatırladaq ki, “Olimpiya” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.