"Qarabağ" və "Sileks"in start heyəti açıqlandı
    • 18-08-2020, 19:00
    • 954

"Qarabağ" və "Sileks"in start heyəti açıqlandı

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyununda üz-üzə gələcək "Qarabağ" və "Sileks"in (Şimali Makedoniya) start heyətləri açıqlanıb.

News24.az-ın məlumatına görə, komandalar matça bu "11-lik"lə çıxacaqlar.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 81. Kevin Medina, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir

Ehtiyat oyunçular: 12. Balayev, 21. Hüseynli, 27. Owusu, 30. A.Hüseynov, 44. Jafarguliyev, 71. Bayramov, 99. Hajiyev

"Sileks": Bojinovski, Karçeski, Draşkoviç, Qrozdanoski, Timovski, Ristov, Serafimovski, Mustafov, Tanturovski, Georgiyev, İvanovski

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da start götürəcək. Bu cütün qalibi növbəti raundda "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.