BRİKS Sammiti BAŞA ÇATDI
    • 25-08-2023, 01:40
    • 202

BRİKS Sammiti BAŞA ÇATDI

Cənubi Afrika Respublikasının ev sahibliyi ilə 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən 15-ci BRİKS Sammiti başa çatıb.

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, dünyanın 70-ə yaxın ölkəsinin dəvət olunduğu sammitdə dövlət və hökumət başçıları səviyyəsində bir çox ölkə iştirak edib.

Sammitdə müzakirə olunan mühüm məsələlərdən biri BRİKS-in ortaq valyutasının yaradılması olub.

ABŞ dollarının hegemonluğunu qırmaq istəyən Çinin irəli sürdüyü ümumi pul ideyası, Rusiya tərəfindən dəstəklənsə də, Cənubi Afrika kimi iqtisadiyyatı və əhalisi nisbətən kiçik olan ölkələr tərəfindən qəbul edilməyib.

İndiyədək 22 ölkə BRICS-ə üzv olmaq üçün rəsmi müraciət edib. 

Qeyd edə ki, gələn ildən BRİKS üzvlərinin sayı 11-ə yüksələcəyi gözlənilir. 2024-cü il yanvarın 1-dən icmaya yeni üzvlər qoşulacaq.
Günəş Mərd