-
- 24-08-2023, 12:12
- 288
Gələn il BRİKS-ə altı ölkə qoşulacaq
2024-cü ildən BRICS-ə Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxil olacaq.
News24.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Yohannesburqda keçirilən BRİKS sammitində çıxış edərkən bildirib.
O bildirib ki, bu dövlətlər 2024-cü il yanvarın 1-dən, yəni Rusiyanın BRİKS-ə sədrliyinin ilk günündən alyansın tamhüquqlu üzvü olacaqlar.
Cənubi Afrika prezidentinin sözlərinə görə, alyansa yeni üzvlərin qəbulu onun genişlənməsi prosesinin birinci mərhələsidir və assosiasiya bununla kifayətlənməyəcək.
Aynurə