Maykl Ceksonun arvadı heç vaxt intim münasibətdə olmadıqlarını açıqlayıb - FOTO
    • 15-03-2019, 19:14
    • 3 321

Maykl Ceksonun arvadı heç vaxt intim münasibətdə olmadıqlarını açıqlayıb - FOTO

Adı pedofillikdə hallanan pop kral Maykl Cekson öldükdən sonra da ətrafında qalmaqallar yaşanmaqda davam edir.

News24.Az
bildirir ki, bu dəfə müğənninin ikinci arvadı Debbi Rou açıqlama verərək, bildirib ki, aralarında heç vaxt intim münasibət olmayıb. Buna baxmayaraq, cütlük 3 il evlilik həyatı yaşayıb və övladları olub. 
Debbi bildirib ki, Maykl onu dünyaya uşaq gətirməsi üçün istifadə edib. Uşaqlar intim münasibətləri olmadığına görə süni mayalanma yolu ilə doğublar. Bununla yanaşı o, bildirib ki, ola bilər uşaqlarının atası Cekson deyil. Çünki mayalanmada donordan istifadə edilib. Qadının belə deməyinə uşaqların sarışın və dərilərinin ağdərili olması əsas verir.