100 adamı öldürdü, sonra üzr istədi
    • 6-06-2019, 16:31
    • 829

100 adamı öldürdü, sonra üzr istədi

Almaniyada 2-ci Dünya Müharibəsindən sonra ən böyük silsilə qətllər törədən, 100 xəstəni öldürən 41 yaşlı tibb işçisi Niels Hoegel qəsd etdiyi insanların ailələrindən üzr istəyib.

News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, 1999-2002 illəri arasında Oldenburgda və 2003-2005 illərində Delmenhorstdar xəstəxanada baş verən ölümlərin səbəbkarı kimi təqsirləndirilən Hoegelin qurbanları 34-96 yaş arasında olub.

Köhnə tibb işçisi Hoegel Oldenburgda 36, Delmenhorstakı xəstəxanalarda isə 64 nəfəri öldürüb. O, 100 xəstəyə ölümcül dozada dərman veriərək  qəsd edib.

Məhkəmədəki ifadəsində o, öncə 30 nəfəri öldürdüyünü etiraf edib. 30 Oktyabr 2018-ci ildə açılan 7 aylıq cinayət işi müddətində Hoegel cinayətlərinin daha 43-ünü etiraf etsə də, 5-nə etirazını bildirib. 52-i cinayəti isə o, xatırlamadığını deyib. Hakim Sebastian Bührmanın qərarı ilə Hoegel ömürlük həbs cəzasına məhkum edilib.