Bakıda bir ailənin 3 üzvünün dəhşətli qətlinin şok TƏFƏRRÜATLARI
    • 25-08-2023, 12:29
    • 361

Bakıda bir ailənin 3 üzvünün dəhşətli qətlinin şok TƏFƏRRÜATLARI

Bakı Ağır Cinayərlər Məhkəməsində bir ailənin 3 üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralanaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.  

 İttiham aktında göstərilib ki, ötən il noyabrın 29-da axşam saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin gün axşam saatlarında Bakı şəhər sakini Nofəl Səfərov planlaşdırılmış şəkildə silahlanaraq keçmiş qayınatasının yaşadığı ünvana gəlib.  O evin həyətində əvvəlcədən özü ilə gətirdiyi dəyənəklə keçmiş qayınatası Elbrus Muradovun baş və bədən nayihələrinə 57 zərbə endirib, baş, boğaz və ürək nayihəsinə 14 bıçaq zərbəsi vurmaqla xüsusi amansızlıqla qətlə yetirib. Daha sonra o evə daxil olarkən keçmiş qayınanası Şahirə Muradova ilə rastlaşıb. N. Səfərov onun da bədəninə həmin dəyənəklə zərbələr endirdikdən sonra 3 bıçaq zərbəsi ilə öldürüb. N. Səfərov bununla yanaşı, evdə yataqda olan şikəst və lal qaynı Rahil Muradovu da işgəncələrlə qətlə yetirib. Evdən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlayan N. Səfərov evi tərk edərkən həyətdə E. Muradovun nəvəsi Elbrus Ağalarovla rastlaşıb. O hadisədə izi itirmək məqsədi ilə E. Ağalarovun da qətlə yetirmək istəsə də, mümkün olmayıb. N. Səfərov E. Ağalarova xəsarət yetirərək  hadisə yerindən qaçıb. 

 Nofəl Səfərov  şəxs özünü ittihamla təqsirli bilməyib. 

Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Elbrus Ağalarov bildirib ki, həmin gün axşam 6-da işdən çıxıb babasıgilə gedib: "Qapı açıq idi. Həyətə girdim ki, yerdə bir nəfər uzanıb, yaxınlaşıb gördüm babam, qan içindədi. Telefonu çıxardım ki zəng edən, arxadan başıma zərbə endirildi. Yıxıldım. Ayağa durdum ki bir nəfər qaçır. Qaçıb bunu arxadan tutdum, soruşdum kimsən? Həmin adam maskada idi. Həmin adam çönüb boğazımdan tutdu. Gördüm məni öldürmək istəyir. Dedim ki burax məni, arxanca gəlməyəcəm. Məni buraxıb qaçdı. Ayağa qalxıb babamın yanına qaçdım, gördüm ölüb. Qaçdım içəri, gördüm nənəm qan içindədir, dayım da zarıyır. Tez qaçdım qonşulara xəbər verdim". 

Zərərçəkmiş bildirib ki, hadisədən 10 gün əvvəl evdən oğurluq edilib: " Nənəm bu barədə polisə müraciət etmişdi. Sonra şikayətini geri götürmüşdü".

Proses oktyabrın 20-də davam etdiriləcək.

Xatırladaq kix hadisə ötən il noyabrın 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Həmin gün  saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, errorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb. 

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Samir Əli