"Krım-Konqo" virusu YAYILDI: ÖLƏNLƏR VAR
    • 25-08-2023, 14:16
    • 108

"Krım-Konqo" virusu YAYILDI: ÖLƏNLƏR VAR

“İranda 60 nəfər Krım-Konqo qızdırması virusuna yoluxub”.

News24.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib. Nazirlik bildirib ki, bu xəstəlikdən artıq 3 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, bu xəstəlik gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir.

Aynurə