Sabunçuda ikimərtəbəli ev yanıb
    • 25-08-2023, 19:23
    • 213

Sabunçuda ikimərtəbəli ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 10 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 64 m² sahədə yanıb.

FHN-dən News24.az -a verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə, 1 ədəd kondisioner və 2-ci mərtəbəsinin 1 ədəd plastikdən ibarət pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.