Sumqayıtda ikimərtəbəli evdə yanğın
    • 20-02-2021, 11:43
    • 464

Sumqayıtda ikimərtəbəli evdə yanğın

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evdə yanğın baş verib. 

News24.az FHN-ə istinadən xəbər verir ki, evin mətbəxində 1 ədəd paltaryuyan maşın, 1 ədəd aspirator və mebel 3 m² sahədə yanıb. 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 20 m² sahədə, 1 ədəd plastikdən ibarət qapı və pəncərə çərçivəsi əriyib. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.