-
- 26-08-2023, 11:51
- 191
Mahmud Ocaqlıya 11 il həbs cəzası VERİLDİ - FOTO
Güneyli fəal Mahmud Ocaqlının işi Tehran Apellyasiya Məhkəməsinə göndərildikdən iki gün sonra 11 il həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Tehrandakı bədnam və qorxunc Evin həbsxanasında məhkum olan azərbaycanlı fəal avqustun 23-də barəsində açılan cinayət işi məhkəməyə göndərdikdən sonra 11 il azadlıqdan məhrumetmə və əlavə cəzalara məhkum edildiyinə dair bildiriş alıb.
Xatırladaq ki, Mahmud Ocaqlı “İslam Respublikası hökuməti əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyinə xələl gətirmək məqsədi ilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək”də ittiham edilmişdi.
Aynurə