Güneyli milli fəala həbs cəzası verildi - VİDEO
    • 26-07-2023, 12:51
    • 173

Güneyli milli fəala həbs cəzası verildi - VİDEO

Güneyli milli fəala həbs cəzası verilib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Güney Azərbaycan Milli Hərəkatının milli fəallarından olan Əli Rəzizadə Nadarlı “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin bu qərarına əlavə olaraq, milli fəalın azadlığa buraxıldıqdan sonra daha 2 il müddətinə siyasi, ictimai qurumlara üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.