Xankəndidə QARŞIDURMA: Babayandan Araikə ŞOK TƏLƏB
    • 26-08-2023, 12:13
    • 1 608

Xankəndidə QARŞIDURMA: Babayandan Araikə ŞOK TƏLƏB

Xankəndidə separatçılar arasında qarşıdurma davam edir. Qondarma rejimin “başçısı” Araik Arutyunyanın “istefa” niyyəti ilə başlayan bu qarşıdurma  fərqli müstəviyə keçib. 

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd edilib ki, Arutyunyan “istefa” verməkdən imtina etsə də, separatçıların keçmiş qondarma “təhlükəsizlik şurasının sədri” olmuş, hazırda Xankəndidəki qruplaşmaların birinə rəhbərlik edən Samvel Babayan və digərləri fəallaşıb.

“Arayik Arutyunyan ötən həftə istefa vermək niyyətində olduğunu bildirdi, iclas keçirdi və gedəcəyini qeyd etdi. Bu görüşdən sonra ziddiyyətli məlumatlar yayıldı, bəzi mənbələr iddia etdi ki, orada olanlar və xüsusən də Bako Sahakyan indiki vəziyyətdə bunun Qarabağ üçün fəlakətli ola biləcəyini söyləyərək, Arutyunyanın istefa verməkdən çəkindirib”, - məlumatda deyilir.

Məlumatda o da vurğulanır ki, baş tutmayan “istefa” hekayəsi artıq keçmişdə qalıb, hazırda Samvel Babayan fəallaşıb və qalmaqallı açıqlamalar verir: “Babayan dünən Arutyunyandan gələcək “prezident”liyə və “hökumət” üzvlərinə namizədlərin adlarını və əldə olunmuş razılaşmaları yaymağı tələb edərək, Xankəndidə kürsü savaşının olduğunu göstərməyə çalışıb. Arutyunyanla görüşən və Babayanın dediyi "səkkizlik" “hakimiyyət” uğrunda mübarizə aparır”.

Qeyd edək ki, ötən həftə Araik Arutyunyan “istefa” qərarından əvvəl “hesabat vermək” üçün “siyasi elita”nı toplayıb. O, “parlament fraksiyalarının” rəhbərləri, separatçılara başçılıq etmiş Bako Saakyan və Arkadi Qukasyan, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan, separatçılar - David İşxanyan, Artur Moseyan, Aşot Qulyan, Artur Tovmasyanla dörd saatdan çox müzakirə aparıb. Araik mövqeyi ilə razılaşmadığı üçün görüşə yalnız Samvel Babayanı çağırmayıb.

Akqabay