Sergey Filatov vəfat etdi - FOTO
    • 26-08-2023, 12:38
    • 144

Sergey Filatov vəfat etdi - FOTO

Yeltsin administrasiyasının keçmiş rəhbəri Sergey Filatov vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

O, 88 yaşında dünyasını dəyişib. Onun ölümü ilə bağlı rəhbərlik etdiyi Moskva Yazıçılar İttifaqı da məlumat verib.

Sergey Filatov 1993-1996-cı illərdə Rusiya prezidentinin administrasiyasının rəhbəri olub, o, həm də prezident yanında ekspert-analitik şuraya rəhbərlik edib, ədəbiyyat və incəsənət sahəsində dövlət mükafatları üzrə prezident komissiyasının sədri olub. 1997-ci ildən Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun prezidentidir.

1993-cü ilin konstitusiya böhranı zamanı Filatov Müqəddəs Daniel monastırında Ali Şuranın hər iki palatasının sədrləri ilə danışıqlarda iştirak edib

Aynurə