Vurğun Əyyub VƏFAT ETDİ
    • 24-09-2019, 13:00
    • 1 161

Vurğun Əyyub VƏFAT ETDİ

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.
News24.az-ın  xəbərinə görə, V.Əyyub bu gün günorta saatlarında dünyasında dəyişib.

Mərhumla vida mərasimi bu gün saat 16:00-da Xətai rayonu İlqar Zülfüqarov 29/42 ünvanında yaşadığı mənzildə olacaq.
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.
1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985-1993-cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləyib. 1988-ci ildən filologiya elmləri namizədidir.

Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub. Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub.
1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib.