Niger ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
    • 26-08-2023, 16:00
    • 259

Niger ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Üsyançıların rəhbərləri tərəfindən yaradılan hərbi şura Niger ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək əmrini verib. 

News24.az  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

Agentliyin məlumatına görə, əmri qoşunlara və hüquq-mühafizə orqanlarına respublikanın hərbi hakimiyyətinin başçısı Abdurahman Çiani verib. 

Qeyd edək ki, bundan öncə də Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerə müdaxiləsi barədə xəbərlər fonunda avqustun 11-də ordu döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.

Günəş Mərd