-
- 26-08-2023, 11:54
- 172
Qərargah rəhbəri göstəriş verdi: ORDU HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLİR
Nigerin müdafiə qərargahının rəhbəri Musa Salau Barmu qoşunları maksimum döyüş hazırlığı vəziyyətinə gətirmək barədə göstəriş verib.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu bəyanat Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinin (ECOWAS) müdaxilə etmək niyyətini elan etməsindən sonra verilib.
Bu mesajı aldığınız andan bütün şəxsi heyətinizi maksimum hazırlıq vəziyyətinə gətirin ”, – Musa Salau Barmaya deyib.
O, qərarın Nigerə qarşı artan təcavüz təhlükəsi ilə əlaqəli olduğunu vurğulayıb. Müdafiə qərargahı rəhbərinin sözlərinə görə, ordu mümkün işğala adekvat cavab verməyə hazır olmalıdır.
Ayşən