Avropada yeni MÜHARİBƏ: Prezident göstəriş verdi, ordu hazır vəziyyətə gətirildi
    • 26-05-2023, 17:24
    • 326

Avropada yeni MÜHARİBƏ: Prezident göstəriş verdi, ordu hazır vəziyyətə gətirildi

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo və Metoxiyadakı vəziyyətə görə Serbiya ordusunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.

News24.az xəbər verir ki, Serbiyanın dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanı Aleksandr Vuçiç Serbiya ordusu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə qaldırılması haqqında sərəncam imzalayıb və Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməyə göstəriş verib.

Buna səbəb Priştina hakimiyyətinin yerli serblərin boykot etdiyi Kosovonun şimalında aprelin 23-də keçirilən yerli seçkilərdən sonra albanların merləri tərəfindən bölgənin şimalına yerləşdirmək cəhdi olub. Qeyd olunur ki, “Vuçiç həmçinin NATO-dan Kosovo və Metoxiyada serblərə qarşı zorakılığı təcili dayandırmağı tələb edib”.

Turan