ECOWAS nümayəndə heyəti devrilmiş Niger prezidenti ilə görüşdü
    • 20-08-2023, 00:13
    • 106

ECOWAS nümayəndə heyəti devrilmiş Niger prezidenti ilə görüşdü

Niameyə gələn Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) nümayəndə heyətinin üzvləri Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum ilə görüşüblər. 

News24.az xəbər verir ki, b barədə RFI  məlumat yayıb.

Bazumla görüşdə, xüsusən, Nigeriyanın keçmiş prezidenti, nümayəndə heyətinə başçılıq edən general Abdusalami Abubakar, eləcə də üsyançıların yaratdığı hökumətin rəhbəri Əli Lamin Zeyn iştirak edib.

Görüşdə ciddi müzakirələr aparılmayıb və ictimaiyyət nümayəndələri ilk növbədə fəaliyyəti dayandırılmış prezidentin saxlanma şəraiti ilə tanış olmaq üçün gəliblər.

Qeyd ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı mühafizəçiləri tərəfindən saxlanılıblar.
Günəş Mərd