-
- 11-03-2019, 12:18
- 847
Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Şəmkirçay hövzəsinin 1800 m hündürlüyündə qarölçmə işləri aparır.
Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.