Nigeriya təhlükəsizlik qüvvələri onlarla TERRORİSTİ MƏHV ETDİ
    • 26-08-2023, 22:50
    • 202

Nigeriya təhlükəsizlik qüvvələri onlarla TERRORİSTİ MƏHV ETDİ

Nigerin müdafiə və təhlükəsizlik qüvvələri iki kəndə hücum etməyə cəhd edən onlarla terrorçunu məhv edib.

News24.az  xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Terrorçular Tillaberi yaxınlığında yerləşən Banibangou və Abala yaşayış məntəqələrinə hücumlar ediblər. Terrorçu qüvvələr, onlarla yaraqlı məhv edilib. Ölənlər arasında terrorçu qrupların səhra komandirləri də var", - məlumatda qeyd olunub.  

Məlumata görə, terrorçuların istifadə etdikləri 200-dən çox motosiklet və 5 avtomobil ələ keçirilərək məhv edilib. 

Qeyd edək ki, Tillaberi üç ölkənin, Niger, Mali və Burkina Faso sərhədlərinin birləşdiyi strateji əhəmiyyətli bölgədə yerləşir. 

Günəş Mərd