-
- 27-08-2023, 01:03
- 246
Qadağaya baxmayaraq girdiyi dənizdə İTKİN DÜŞDÜ
Sakaryanın Karasu rayonunda qadağan olsa da, dənizə girən 2 əcnəbi vətəndaşdan 1-i itib.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, axşam saatlarında dostları ilə dənizə girən 28 yaşlı Əl-Zeydavi adlı şəxs bir müddət sonra yoxa çıxıb.
Ətrafdakıların xəbər verməsi üzərinə hadisə yerində çimərlik təhlükəsizlik, xilasedici, yanğın və polis qrupları göndərilib. Ekipajlar axtarış-xilasetmə əməliyyatına başlayıb.
Sahil Mühafizəsi Dalğıc qrupları Əl-Zeydavini suyun altında tapmaq üçün bölgədə genişmiqyaslı araşdırmaya başlayıb.
Qeyd edək ki, əlverişsiz hava və dəniz şəraiti ilə əlaqədar 3 rayonda saat 16.30-dan etibarən dənizdə çimmək qadağan edilib.
Günəş Mərd