Dənizdə 3 nəfər batdı
    • 17-07-2018, 18:06
    • 1 243

Dənizdə 3 nəfər batdı

Bakıda iki nəfər dənizdə batıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə iki nəfərin batdığı ehtimal olunur.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bundan əlavə, Astara rayonunda 19 yaşlı oğlan da dənizdə boğulub. Rayonun Şəlivə kənd sakini, 19 yaşlı Tərlan Mirəli oğlu Şükürov qeyri-çimərlik ərazisində boğulub. Onun cəsədi vətəndaşlar tərəfindən suda çıxarılıb.