Xaçmazda bir nəfər dənizdə batdı
    • 1-08-2019, 00:56
    • 1 519

Xaçmazda bir nəfər dənizdə batdı

Xaçmazda bir nəfər gənc dənizdə batıb. 
News24.az xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində baş verib. 
Axşam saatlarında dostları ilə dənizə gedən Xaçmaz sakini Pənah Bəhramoğlu dənizdə batıb. 
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.
Axtarışlar davam etdirilir.