Yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralananlar var
    • 27-08-2023, 01:22
    • 189

Yanacaqdoldurma məntəqəsində partlayış: ölən və yaralananlar var

Rumıniyanın Dimbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.

Hadisə nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayış təhlükəsi qalmaqdadır.

Hakimiyyət orqanları təxminən 300 metr radiusda əhalini təxliyə edib.