Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib - VİDEO
    • 20-07-2022, 17:13
    • 510

Bakıdan Gürcüstanla sərhədə qədər avtomobil yolunun bir hissəsi təmir edilib - VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 km-də təmir-bərpa işləri icra olunub.

Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, ümumilikdə 4000 kv.m. sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.