Qazaxda bağlı qapı arxasında qalan 2 nəfər XİLAS EDİLDİ
    • 27-08-2023, 16:20
    • 112

Qazaxda bağlı qapı arxasında qalan 2 nəfər XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qazax şəhərində 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.