Mənzildə köməksiz qalan şəxs xilas edildi
    • 3-01-2023, 16:37
    • 170

Mənzildə köməksiz qalan şəxs xilas edildi

Mənzildə köməksiz qalan şəxs xilas edilib.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.