Nigerdə Fransa hərbi bazası qarşısında AKSİYA
    • 27-08-2023, 17:55
    • 217

Nigerdə Fransa hərbi bazası qarşısında AKSİYA

Nigerdə çevriliş edən hərbçilərin tərəfdarları paytaxt Niamey şəhərində Fransa hərbi bazasının qarşısında aksiya keçirirlər.

News24.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Fransa hərbçilərinin ölkədən çıxmasını tələb edirlər.

Aksiyaçılar bildirirlər ki, Fransa Niger xalqına təbii resurslarından istifadəyə imkan vermir.

Xatırladaq ki, avqustun 25-də Fransa səfirindən ölkəni 48 saat ərzində tərk etmək tələb olunub.

Qeyd edək ki, iyulun sonunda Niger Prezident Qvardiyasının bir qrup hərbçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu vəzifəsindən kənarlaşdırıb. Ölkənin idarə edilməsi üçün Prezident Qvardiyasının komandiri Əbdürrəhman Tçianinin rəhbərliyi ilə Milli Xilas Şurası formalaşdırılıb.