Niger ordusu prezident sarayına İRƏLİLƏYİR
    • 8-08-2023, 23:07
    • 169

Niger ordusu prezident sarayına İRƏLİLƏYİR

Niger ordusunun elit bölmələri prezident sarayına və Niamey hava limanına doğru irəliləməyə başlayıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb.

Telekanal bu obyektlərə gedən dəstələrin sayı, eləcə də onların məqsədi haqda məlumat verməyib.

Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.