Türkiyədə etiraz aksiyası - ABŞ hərbi bazalarının ölkədən çıxarılması tələb edilir
    • 27-04-2021, 18:04
    • 398

Türkiyədə etiraz aksiyası - ABŞ hərbi bazalarının ölkədən çıxarılması tələb edilir

Türkiyənin cənubundakı ABŞ-ın İncirlik Hərbi Hava Qüvvələri bazasının qarşısında mitinq keçirilir.

News24.az RİA-ya istinadən xəbər verir ki, mitinqi "Vətən Partiyası" təşkil edib. Etirazçıların tələbi ABŞ hərbçilərinin oradan çıxarılmasıdır. 

Aksiya iştirakçıları bildiriblər ki, İncirlik bazası Amerika agentləri, terrorizm yuvası və təşkilatçıları üçün sığınacaqdır. Onlar İncirlik və Kürecik bazalarının dərhal Türk Silahlı Qüvvələrinə təhvil verilməsini tələb ediblər.