“Neftçi” mövsümdə ilk qələbəsini qazandı
    • 27-08-2023, 21:33
    • 269

“Neftçi” mövsümdə ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.

News24.az Axar.az-a istinadən xəbər verir ki,, günün ilk görüşü “Neftçi Arena”da keçirilib.

“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.

Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.