Türkiyədə avtobus aşdı: 26 turist yaralandı
    • 27-08-2023, 22:05
    • 136

Türkiyədə avtobus aşdı: 26 turist yaralandı

Türkiyənin Karaman vilayətində turist avtobusunun qəzaya uğraması nəticəsində azı 26 nəfər xəsarət alıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hələlik avtobusda hansı ölkədən gələn turistlərin olduğu barədə məlumat dəqiqləşdirilməyib.