Ukraynanın qələbəsi Moldova və Gürcüstan məsələsini HƏLL EDƏCƏK
    • 28-08-2023, 10:49
    • 195

Ukraynanın qələbəsi Moldova və Gürcüstan məsələsini HƏLL EDƏCƏK

Ukraynanın Rusiya ilə müharibədə qələbəsi Moldova və Gürcüstanın problemlərinə son qoyacaq, onların ərazi bütövlüyünün siyasi cəhətdən bərpasına şərait yaradacaq. 

News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Natalya Moseyçuka müsahibəsində deyib.

“Məncə, Ukraynanın qələbəsi bütün bunlara son qoyacaq. Söhbət Moldova və Gürcüstan məsələsindən gedir. Ukraynanın qələbəsi bu dövlətlərin bütövlüyünü bərpa etmək üçün siyasi həll yolunu tapmağa imkan verəcək”, - deyə o bildirib.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu bəyan etmişdi ki, Ukraynanın qələbəsi Dnestryanı dinc yolla Kişinyovun nəzarətinə qaytarılması üçün geosiyasi şərait yaradacaq.

Akqabay