Vasilkov şəhəri uğrunda döyüşlər Ukraynanın qələbəsi ilə başa çatıb - Şəhər meri

Vasilkov şəhəri uğrunda döyüşlər Ukraynanın qələbəsi ilə başa çatıb - Şəhər meri Dünya
Kiyev vilayətinin Vasilkov şəhəri uğrunda bütün gecə davam edən döyüşlər Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb.

Bunu şəhərin meri Natalya Balasinoviç bildirib.

O qeyd edib ki, hazırda döyüşlər səngiyib, şəhər ərazisində sakitlik müşahidə olunur.

Döyüşlər nəticəsində ölən və yaralananların sayı açıqlanmayıb. /Trend/