-
- 28-08-2023, 11:32
- 249
Bakıda dayə qadın sevgilisi ilə birləşib mənzili qarət ETDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və sevgilisi Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsləeə hökm oxunub. Məhkəmənin hökmü ilə İ. Əlipaşayeva 6 il, sevgilisi Baxşəli Ağayev isə 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ. Əlipaşayeva Bakıda evlərdən birində dayə işləyib. Ailənin imkanlı olduğunu görən İ. Əliöaşayeva sevgilisi B. Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.
Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
Samir Əli