Bu məşhur jurnalist Putinlə müsahibə istəyir - Simonyan
    • 28-08-2023, 12:14
    • 194

Bu məşhur jurnalist Putinlə müsahibə istəyir - Simonyan

“Fox News”-un keçmiş aparıcısı Taker Karlson Rusiya prezidenti Vladimir Putindən müsahibə istəyib. 

News24.az xəbər verir ki, bu barədə “Rossiya Seqodnya” media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan məlumat verib.

“O (Karlson), yeri gəlmişkən, Vladimir Putindən müsahibə istəyir. Ümid edirəm ki, kimsə bu məlumatı eşidəcək və Rusiya liderinə çatdıracaq”, - Simonyan “Rossiya 1” telekanalının efirində deyib.

Taker Karlson Respublikaçılar Partiyasına fəal dəstəyi və ABŞ-ın hazırkı prezidenti Co Baydeni tənqid etməsi ilə tanınır. 

“The New York Times” qəzeti Karlsonu Trampı “sevimli aparıcı” adlandırıb. Jurnalist “Fox News”-dan ayrıldıqdan sonra X-də (keçmiş Twitter) fəaliyyətə başlayıb.

Akqabay