Trampdan prezident seçkisi ilə bağlı VACIB QƏRAR
    • 21-08-2023, 12:44
    • 186

Trampdan prezident seçkisi ilə bağlı VACIB QƏRAR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp avqustun 23-də Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üzrə debatda iştirak etməyəcəyini təsdiqləyib.

News24.az  xəbər verir ki,  bu barədə o özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.

Tramp həmçinin paylaşımında "Fox News"u onu pis göstərməyə çalışmaqda ittiham edib.

Tramp deyib ki, o, prezidentlik debatlarında iştirak etməkdə heç bir məna görmür

"CBS-nin yeni sorğusu məni "əfsanəvi" rəqəmlərlə lider göstərdi: "Tramp 62%..."  İctimaiyyət mənim kim olduğumu, enerji müstəqilliyi, güclü sərhədlər və güclü ordu ilə prezidentliyimin nə qədər uğurlu olduğunu bilir. Ən böyük vergi endirimləri, inflyasiyanın olmaması, tarixin ən güclü iqtisadiyyatı və daha çox şey...”,- deyən Tramp əlabə edib ki, buna əsaslanaraq, debatlarda iştirak etməyəcək.

Bundan əvvəl "CBS" və "YouGov"un keçirdiyi sorğunun nəticəklərinə görə, Trampın Respublikaçılar Partiyasının tərəfdarları arasında mövqeyi ona qarşı irəli sürülən ittihamlar fonunda güclənir. Respondentlərin 62%-i Trampı prezidentliyə namizəd kimi seçəcəklərini cavablandırıb. İkinci yerdə 16% səslə Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Üçüncü yerdə iş adamı Vivek Ramasvami qərarlaşıb, respondentlərin 7%-i onu yarışın iştirakçısı kimi görmək istəyir. 5% Trampın keçmiş vitse-prezidenti Mayk Pensə səs verəcək.

Bir neçə gün əvvəl “The New York Times” qəzeti Trampa yaxın mənbələrə istinadən xəbər vermişdi ki, o, avqustun 23-də Respublikaçılar Partiyasından prezidentliyə namizədlərin ilk debatını keçirməyi planlaşdırır və bunun əvəzinə jurnalist Taker Karlsona müsahibə verə bilər. Debat Karlsonun əvvəllər işlədiyi "Fox News" telekanalında yayımlanacaq. Onun bu ilin əvvəlində kanaldan qovulmasının şərtləri tam aydın deyil. 

“The New York Times”ın iddia etdiyi kimi, Trampın Karlsonu Fox News-dan üstün tutması kanalın seçki kampaniyası zamanı eks-prezidentə dəstəyinə təsir edə bilər.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Trampdan başqa, keçmiş vitse-prezident Mayk Pens, Florida qubernatoru Ron DeSantis, iş adamı Vivek Ramasvami, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli, Cənubi Karolina senatoru Tim Skott və Nyu Cersi ştatının keçmiş qubernatoru Kris Kristi namizədliklərini irəli sürüb. ABŞ-ın hazırkı prezidenti, demokrat Co Bayden aprel ayında yenidən seçilmək niyyətində olduğunu bildirib.

AYLİN