Təyyarə reysinə gecikən nazir sağ qaldı
    • 11-03-2019, 14:09
    • 867

Təyyarə reysinə gecikən nazir sağ qaldı

Efiopiyada qəzaya uğrayan təyyarəyə bilet alan sərnişinlər arasında Yəmənin su ehtiyatları və ətraf mühit naziri Nabil Abdullah da olub.

News24.Az “Report”-a istinadən xəbər verir ki, bunu Yəmənin su ehtiyatları və ətraf mühit nazirinin müavini Əmmar əl-Aulaki “Facebook” səhifəsində yazıb. 
Amma nazir təyyarəyə gecikib. Nəticədə o, sağ qalıb.
Qeyd edək ki, martın 10-da Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 149 sərnişin və 8 heyət üzvü olub. Sərnişinlər arasında BMT-nin 19 əməkdaşı, habelə 35 müxtəlif ölkənin vətəndaşları olub. Qəza zamanı sərnişin və heyət üzvlərindən heç kim sağ qalmayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Xatırladaq ki, Yunanıstan vətəndaşı Antonios Mavropulos da Əddis-Əbəbədən Nayrobiyə uçarkən qəzaya uğramış təyyarəyə iki dəqiqə gecikdiyinə görə sağ qalıb.