Molla rejimi azərbaycanlı fəalı həbs ETDİ - FOTO
    • 28-08-2023, 14:47
    • 304

Molla rejimi azərbaycanlı fəalı həbs ETDİ - FOTO

Ərdəbildə sosioloq və siyasi fəal  Araz (Yunis) Süleymani həbs edilib.

News24.az xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Azərbaycanlı siyasi fəal  Araz (Yunis) Süleymani dünən günorta saatlarında Ərdəbil kəşfiyyatçıları tərəfindən şəxsi evində həbs edilib.

Ötən aylarda təhlükəsizlik qüvvələrinin bu tanınmış siyasi fəalı çağırıb dindirməsi onun barəsində 8 aylıq həbs qətimkan tədbiri seçilməsinə səbəb olub.

Siyasi fəalın ittiham növü və statusu ilə bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, adıçəkilən şəxsin həkim olduğu bildirilir.

Aynurə