-
- 28-08-2023, 20:56
- 460
Falçı qadının 100 min manatlıq şok DƏLƏDUZLUĞU
Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf mülki iddia qaldırıb. O bildirib ki, təqsirləndirilən şəxs ərə ümumilikdə 115 min manat ziyan vurub, həyat yoldaşı isə 34 min manat mənəvi zərər dəyib. Ümumilikdə ailəyə 150 min manat Maddi və mənəvi ziyan dəyib.
Daha sonra prosesdə ittiham aktı elan olunub.
İttiham altında göstərilib ki, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində özünü falçı kimi təqdim edərək Şirvan sakini Vüsalə Qafarzadəni aldadıb. O, V. Qafarzadəyə bildirib ki, onun həyat yoldaşı Arif Qafarzadə ilə münasibətlərinin düzəldəcək. G. Qasımova V. Qafarzadədən ilkin olaraq 8 min manat, daha sonra 12.200 manat alıb. Sonra isə müxtəlif vaxtlarda o qadından 22 min 900 dollar, 34 min manat, 16 min 500 dollar, ən sonra isə 15 min manat alıb.
G. Qasımova özünü ittihamlarda təqsirli bilib.
İş üzrə məhkəmə prosesi sentyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində bir ailəyə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib.
Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.
Günəş Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
Samir Əli