-
- 9-08-2023, 17:37
- 573
100 min manatı mənimsəyən "falçı" hakim QARŞISINDA - VİDEO
Bakı Ağır Cinayətlər Məhkəməsində falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxsin vəkillərindən biri prosesə qatılmayıb.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova zərərçəkənin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib.
Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.
Günəş Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
Samir Əli