Sərhəddə 10 erməni əsgər zəhərləndi
    • 28-08-2023, 22:30
    • 196

Sərhəddə 10 erməni əsgər zəhərləndi

Avqustun 24-də Basarkeçərdəki hərbi hissələrindən birində on əsgər zəhərlənib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Əsgərlərdən birinin atası mediaya açıqlamasında ildirib ki, onların yeməkdən zəhərləndiyini düşünür.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə yalnız bir əsgərin zəhərləndiyini, onun da artıq xəstəxanadan buraxıldığını iddia edib.