Livandan atılan raketin partlaması nəticəsində 9 İsrail vətəndaşı həlak olub
    • Dünən, 21:39
    • 2 394

Livandan atılan raketin partlaması nəticəsində 9 İsrail vətəndaşı həlak olub


İsrailin “Kanal 12” kanalı Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9 nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir.

İsrailin Baş naziri Binyamin Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə bağlı məsləhətləşmələr aparır.