"Güclü qadının hekayəsi" - Melaniya Tramp memuar yazdı
    • Dünən, 22:06
    • 63

"Güclü qadının hekayəsi" - Melaniya Tramp memuar yazdı

ABŞ prezidentliyinə namizəd Donald Trampın xanımı Melaniya Tramp xatirə kitabı yazıb. Kitab bu ilin payızında işıq üzü görəcək. 

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Trampın həyat yoldaşının ofisi cümə axşamı xatirələrin hazır olduğunu elan edib. Kitab "Melaniya" adlanacaq. Burda onun əvvəllər heç vaxt ictimaiyyətlə paylaşmadığı şəxsi hekayələri və ailə fotoşəkillərini yer alacaq.

Kitabın konkret buraxılış tarixi açıqlanmayıb və memuar heç kimlə birgə yazılmayıb. Melaniyanın ofisi memuarı "öz yolunu quran, çətinlikləri dəf edən və mükəmməl şəxsi həyat yaradan qadının güclü və ruhlandırıcı hekayəsi" adlandırıb.

Xatirə iki versiyada təqdim ediləcək: 256 tam rəngli səhifədən, hər nüsxəsi müəllifin imzası ilə ibarət 150 dollarlıq kolleksiya nəşri və 304 səhifəlik xatirə nəşri. 

Kitabın qiyməti 40 dollar, imzalı nəşrlər 75 dollar olacaq.