Tramp üçün kritik tarix AÇIQLANDI
    • 29-08-2023, 11:12
    • 179

Tramp üçün kritik tarix AÇIQLANDI

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı 2020-ci il prezident seçkilərinin nəticələrini onun xeyrinə manipulyasiya etməyə cəhd ittihamı ilə açılan məhkəmə prosesinin 2024-cü il martın 4-də başlanmasına qərar verilib.

News24.az xəbər verir ki, paytaxt Vaşinqtonda Trampın vəkilləri və ittiham tərəfi məhkəmənin keçiriləcəyi tarix üçün hakim qarşısına çıxıb.

İclasda Federal Hakim Tanya Çutkan ABŞ-ın keçmiş prezidenti Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə ittihamı ilə məhkəməsinin 2024-cü il martın 4-də başlayacağına qərar verib.

"İctimaiyyətin bu məsələni tez və effektiv şəkildə həll etmək hüququ var" deyə hakim Çutkan bildirib.

Aydan